Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 keçirənlərə “Omikron” ştammı ilə yenidən yoluxa biləcəkləri barədə xəbərdarlıq edib.
“COVID-19 keçirən insanların narahatlıq doğuran digər variantlarla müqayisədə yenidən “Omikron”a yoluxma ehtimalı daha yüksək ola bilər”, - deyə ÜST-ün məlumatında bildirilir.
Ancaq yeni ştammla yoluxmanın digər variantlarla müqayisədə daha ağır keçib-keçmədiyi hələlik məlum deyil.
“Mövcud məlumata görə, Cənubi Afrikada xəstəxanaya qəbul nisbəti daha yüksəkdir. Bununla belə, bu, “Omikron”la deyil, ümumi yoluxanların sayının artması ilə əlaqəli ola bilər”, - deyə ÜST-dən izah edilib.
Eyni zamanda, təşkilatdan mövcud peyvəndlərin COVID-19-un yeni variantına qarşı da təsirli olduğuna əmin edirlər.