Müğənni Vəfa Şərifova butik işlətdiyi zamanlar müğənnilərin geyimləri götürüb geri qaytarmamasından gileylənib.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə MTV-də yayımlanan “Tarixin bir günü” verilişində danışıb:
“6-7 il əvvəl butik açdım. Müğənnilər paltarı götürüb, qaytarıb gətirmirdilər. Tanınan, tanınmayan hansı müğənni gəlsə, yox demirdim, paltar verirdim. Çünki, mən də o çətinliyi yaşamışam. O vaxtlar gedirdim butiklərə, paltar istəyirdim, almağa imkanım olmurdu. İstəyirdim, geyim vermirdilər. Ona görə də, tapşırmışdım ki, kim gəlsə, müğənniyəm desə, yox deməyin”.
Sözügedən videonu təqdim edirik: