Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısını açıqlayıb. Həmin siyahıda müxtəlif Kommunal Təsərrüfat birlikləri ("Jek”lər) və eləcə də özəl müəssisələr var. Nazirliyin açıqladığı siyahıda bəzi dövlət şirkətlərinin də adı qeyd olunub. Belə ki Xəzər rayonunda yerləşən "Şimal Elektrik Stansiyası” MMC və "Azərenerji” ASC-nin "Gəncə Regional Elektrik Şəbəkəsi” MMC-də var.
Qeyd edək ki, əksər vergi ödəyiciləri qanunvericiliyin tələblərini pozaraq vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər. Bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir.