“Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un iclası keçirilib

Ölkə ərazisində vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə yaradılmış və fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrup”un növbəti iclası keçirilib. İşçi Qrupun iclasında Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı Nümayəndəliklərinin əməkdaşları, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri iştrak ediblər