Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Şəki DYP-nin rəisi vəzifəsinə Ramid Eyvazov təyinat alıb.
Qeyd edək ki, R. Eyvazov bundan əvvəl Qobustan DYP-nin rəisi işləyib.