Xankəndindən Zəfər çıxışı

Prezident İlham Əliyev: “Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”

 Xalqımız Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlədiyi, ümumiyyətlə, işğaldan yeni azad edilən ərazilərdə dövlət bayrağımızın qaldırılmasını hərsətlə gözləyirdi. Biz bu sevinci 44 günlük Vətən müharibəsindən sonra yaşamışdıq. Nəhayət Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha belə bir qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində dövlətimizin başçısı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimində iştirak edib. Bu səfərin ən əlamətdar hadisəsi cənab Prezidentin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması və buradan xalqa canlı müraciət etməsi idi. Bu, Ali Baş Komandanın növbəti Zəfər çıxışı idi. Cənab Prezident müraciətində 15 oktyabr 2023-cü ilin tarixi bir gün olduğunu deyib: “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Bəli, Azərbaycan xalqı tarixin heç bir dönəmində belə fəxrli, qürurlu günlər yaşamayıb. Ali Baş Komandan, Müzəffər Ordumuz, şəhid və qazilərimiz xalqımıza əbədi milli xoşbəxtlik nəsib ediblər. Xalqımız buna görə əvvəlki cümlədə sadaladıqlarımza borcludur. Cənab Prezident xalqa müraciətində dövlətimizin inkişafında, uğurlarında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini də qeyd edib: “Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”.

Azərbaycan düşməni tam məğlubiyyətə uğradıb. Onlar üçün revanşa heç bir imkan və yer qalmayıb. Cünki Azərbaycan Ordusu düşmənin sanki bağrına qılınc sancaraq Qarabağda separatizmin kökünü kəsib. İllər keçsə belə, Ermənistan ordusu özünə gələ bilməz. Azərbaycan Ordusu onlara tarixi dərs verib. Və bu məğlubiyyətlə Ermənistan dövləti və xalqı razılaşıb. Cənab Prezidentin dediyi kimi Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir: “Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər”. Bu mesajı Ali Baş Komandan dünya ermənilərinə verib. Vaxtilə qondarma rejimin nümayəndələrinin əyləşdiyi mərkəzi binanın qarşısından onlara revaş edərlərsə, aqibətlərinin nə olacağını xəbərdarlıq edib. Bu gün Ermənistan elə bir siyasi bataqlıdadır ki, revaş haqda düşünməyə belə, macalı yoxdur. Separatçılar isə özlərini buraxdıqlarını elan ediblər. Tərksilah olunan qeyri-qanuni silahlı qüvvələr erməni xalqı tərəfindən belə, qəbul edilmir. Onların keçmiş “rəhbər”ləri isə həbs olunaraq Bakıya gətirilib. Bu qatı cinayətkarların azərbaycanlılara qarşı etmədikləri işəncələr qalmayıb. Dövlətimzin başçsı müraciətində bu haqda danışaraq deyib ki, qondarma respublikasının rəhbərliyində olanların bəziləri indi Bakıdadır: “Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir”. İlahi ədalət öz yerini tapıb. Azərbaycan xalqı soyqırımına məruz qalan, erməni fəhşiliyinin qurbanı olan soydaşlarımızın qisasının alınacağı günü böyük səbirsizlikə göləyirdi. Bu cinayəti törədənlərin birbaşa səbəbkarları elə məhz separatçı qurumun “rəhbələri” idi. Azərbaycan xalqı 30 il beynəlxalq birlikdən ədalət tələb etdi. Bununla bağlı “Xocalıya ədalət” təbliğat kampaniayası aparıldı. Laklin dünya yenə də Azərbaycanın haqq səsini eşitmədi. Azərbaycana qarşı edilən bu haqsızlıqlara görə ədalət bəpa edilmədi. Biz bununla bir daha ölkəmizə, Qarabağ məsələsinə qarşı ikili standart münasibətləri gördük. Bunula beynəlxalq bilik öz qeyri-səmimliyini, xristian təəssübkeşliyini göstərdi. Buna görə də Azərbaycan Respublikası ərazi bütövlüyünu özü hərbi yolla təmin etdi. Bununla, eyni zamanda Azərbaycan tarixi ədalət bərpa etmiş oldu. Bunu dövlətimizin başçısı xalqa müraciətində “Biz istədiyimizə nail olduq”, - deyə böyük sevinclə ifadə etmişdir. Daha sonra, cənab Prezident bu haqda fikirlərini belə davam etdirmişdir: “Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik”. Xankəndində Prezident İlham Əliyevin qalib sərkərdə duruşunda çıxış isə bu ilahi ədalətin təntənəsi idi. Ali Baş Komandan 20 illik fəaliyyətinin hesabatını xalqa Qələbə müjdəsi ilə verdi.   

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent