Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübəli şəxs qismində müəyyənləşdirilib.
Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb: "Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib".