“Diplomatiya Həftəsinin gedişində diplomatiya könüllülərinin Şuşaya səfər etməsi, həmçinin Azərbaycanın postmünaqişə dövründəki məqsədləri ilə tanış olması gözlənilir”.
Sabahinfo.az xəbər veri ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində vaxtilə törətdiyi vəhşiliklər, vandallıq, əraziləri minalaması, itkin düşmüş şəxslər barədə hamı bilməlidir.
Nazirin sözlərinə görə, bu cür hadisələrin təkrarlanmaması üçün insanlar baş verənlər haqqında həqiqəti bilməlidir.
Nazir Diplomatiya Həftəsinin keçirilməsinin və bu tədbirdə könüllülərin iştirak etməsinin vacibliyini vurğulayıb: "XİN ilə diplomatiya könüllüləri arasında sıx əməkdaşlıq qurulub".(report)