“Yad qohumlar” serialı təkcə bir ailə dramı deyil

Xəzər TV-nin yeni ekran işi olan “Yad qohumlar” serialı təkcə bir ailə dramı deyil, həm də köhnə dünya baxışı ilə müasir düşüncənin kəskin toqquşma meydanıdır. Süjetin mərkəzində dayanan avtoritar baba obrazı və ona baş qaldıran gənc nəsil, Azərbaycan ailə modelindəki ən ağrılı mövzuları gün işığına çıxarır.

 Serialda qohum evliliklərinin ağır nəticəsi kimi çarəsiz xəstəliklərdən əziyyət çəkən uşaqlar nümunə göstərilir. Bu, babanın "nəsil təmizliyi" və "yadlardan qız almamaq, qız verməmək" inadına qarşı gənclərin ən güclü və ağrılı üsyanıdır.

Bu serialda siz sadəcə aktyor oyununu deyil, eyni zamanda cəmiyyətimizin gizli yaralarını və gələcək naminə verilən böyük qurbanları görəcəksiniz.

“Yad qohumlar” — tezliklə Xəzər TV-də!