YAP Nizami rayon təşkilatı Pasxa bayramı münasibətilə sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Pasxa bayramı münasibətilə sosial aksiya keçirib. Partiya fəalları Azərbaycan Rus İcmasının üzvü olan tənha ahılları ziyarət edib, onları bayram münasibətilə təbrik edib, problemləri ilə maraqlanıb və bayram sovqatlarını çatdırıblar.

Aksiya zamanı Azərbaycan Rus İcmasının üzvləri ilə ünsiyyətdə olan partiya fəalları ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən danışıblar, cəmiyyətimizdə ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətlərinin mövcud olduğunu, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini deyiblər.

Rus icmasının üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.