Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarının keçirilmə şərtlərində dəyişikliklər nəzərdə tutulub.
“Kyodo” informasiya agentliyi bildirir ki, oyunlar zamanı stadionların yalnız yarıyadək azarkeşlə dolmasına icazə veriləcək.
Bununla yanaşı, xarici ölkələrdən gələn rəsmi nümayəndə heyətlərinin tərkibinin də azaldılacağı bildirilir.
Artıq səfirliklərə tövsiyyə olunub ki, Yaponiyaya səfər edəcək dövlət başçılarının müşaiyətində 11, nazirlərin isə 4 nəfərdən artıq şəxs olmasın.