“Ermənistan və Azərbaycanın maraqları balansına əsaslanan kommunikasiyaların açılmasına dair razılaşmalar təkcə onlara deyil, həm də regiondakı qonşularına fayda verəcək”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bəyan edib.
Onun sözlərinə görə, söhbət Rusiya, Türkiyə və İrandan gedir.
Zaxarova bildirib ki, məsələnin həlli Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində tapıla bilər və tapılmalıdır.
Rusiya XİN sözçüsü vurğulayıb ki, Kreml Cənubi Qafqazda sabitlikdə maraqlıdır və problemlərin siyasi, diplomatik yollarla həllinin tərəfdarıdır.
O, Moskvanın İrəvan və Bakı ilə müttəfiqlik münasibətlərinin olduğunu qeyd edib.