ZƏFƏR YOLUNDA 44 GÜN

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin təşkilatçılığı ilə “Zəfər yolunda 44 gün vətən müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasına start verilibdir. Layihə 01 mart 2022 – 30 iyun 2022-ci il tarixləri arasında Bakı şhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərində orta ümumtəhsil müəssisələrində həyata keçiriləcəkdir.

Layihə çərçivəsində "Zəfər yolunda 44 gün" kitabı nəşr olunacaqdır. Kitabda 44 hekayə yer alacaqdır. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın yürütdüyü müdrik siyasət, xalqımızın nümayiş etdirdiyi həmrəylik və Azərbaycan ordusunun cəsarət və sücayəti yaşanmış real faktlar əsasında hekayə formasında yeniyetmə və gənclər üçün qələmə alınacaqdır. Daha sonra kitabın təqdimat mərasimi Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonlarında həyata keçiriləcəkdir. Kitabın təqdimat mərasimində yeniyetmə və gənclərə 44 günlük vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin və iştirak etmiş qazilərimizin qəhrəmanlıqlarından bəhs ediləcəkdir. Hər bir tədbir iştirakşılarına “Zəfər yolunda 44 gün” kitabı və buklet təqdim olunacaqdır.