Zelenski: “Arsenalımız döyüş meydanından toplanan qənimət texnika hesabına artır” - VİDEO

Ukraynalı hərbçilər döyüş meydanında götürdükləri qənimətlər hesabına texnikaların arsenalını artırıblar.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

“Hərbçilərimiz döyüş meydanında ələ keçirdikləri qənimətlər sayəsində texnikamızın arsenalını artıra biliblər. Düşmənin tankları, zirehli texnikası, sursatları artıq bizim müdafiəmiz, həyatımız, ölkəmiz üçün xidmət edəcək. İşğalçılar üçün bundan daha alçaldıcı nə ola bilər ki?”, - deyə prezident bildirib.

O, “düşməni öz silahı ilə məğlub edəcəyik” deyə vurğulayıb.

Prezident qarşı tərəfdə getdikcə daha çox əsgər və komandirin niyə bu yad torpağa, bu müharibəyə göndərilməsi barədə çox sadə bir sual yarandığını bildirib.

“Bizim də buna cavabımız yoxdur. Yalnız bir sözdən başqa – ölməyə”, - deyə Zelenski vurğulayıb.