Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Cozef Bayden arasında növbəti telefon danışığı olub.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Zelenski Baydenə Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək, azadlıq və öz gələcəklərini müstəqil müəyyən etmək hüququ uğrunda mübarizədə lider mövqeyinə, habelə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə ardıcıl, sarsılmaz dəstəyə görə təşəkkür edib.
Zelenski ABŞ-ın əlavə 1 milyard dollarlıq yardım paketi təqdim etməsinin vacibliyini və vaxtında olduğunu qeyd edib.