Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin göstərişi ilə hərbi əsir mübadiləsi baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini - işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk məlumat verib.
O qeyd edib ki, Ukrayna əsir götürdüyü 10 işğalçını 10 hərbçisi ilə dəyişdirib.