Ukrayna Prezidenti Volodimir Zelenski “1939-1945-ci illər İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anım Günü haqqında” qanunu imzalayıb.
Sənədə əsasən, bundan sonra Ukraynada əlamətdar tarix mayın 8-də qeyd olunacaq.
Qanuna şərhdə qeyd olunur ki, Ukrayna sivil, dinc və demokratik Avropa dövləti kimi nasizmə qarşı vuruşmuş hər kəsin, eləcə də müharibənin bütün qurbanlarının xatirəsini ehtiramla yad edir.
Qeyd edək ki, Avropa ölkələrində hər il mayın 8-i faşist Almaniyasının təslim olduğu gün - İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq qeyd olunur.