Volodimir Zelenski çərşənbə axşamı videomüraciətində yenidən Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara çağırış edib.
Sabahinfo.az APA-ya istinadən bildirir ki, videomüraciət Prezidentin "Telegram" kanalında yayımlanıb.
"Müharibə bitməlidir, biz danışıqlar masası arxasına əyləşməliyik. Lakin vicdanlı və əsaslı. Xalqın maraqları naminə", - deyə Zelenski bildirib.
Rusiya və Ukrayna daha əvvəl üç raund danışıqlar aparıb. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəlinib.