Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.
Onun sözlərinə görə, Roma papası Azərbaycana qarşı düşmənlərlə əhatələnib: "Onların da başı öz yerində deyil. Mən Amerikadan yeni gəlmişəm, orada insanlarla, Nyu-York şəhərinin meri ilə də görüşdüm. Azərbaycan haqqında o qədər gözəl və xoş sözlər danışdılar ki, adam heyran oldu. Mən sinaqoqla da görüşdüm, konsertimə gəlmişdi. Sinaqoq mənə dedi ki, bizim Azərbaycana olan sevgimizi Prezident İlham Əliyevə çatdırın. O dedi ki, biz burada Azərbaycan bayrağı da asmışıq”.
Z.Xanlarova onu da deyib ki, bəzi adamlar Azərbaycanda olan inkişafı kor gözləri ilə görmürlər: "Mən onlara deməyə artıq söz tapa bilmirəm. Bu cür inkişafı görməyənlərə yalnız kor demək olar, onlar kordurlar”.