Firdovsi Tağıyev - Aşağı Surra

F.Tağıyev Aşağı Surra kəndinin tarixi kitabı Bakı:Mütərcim,2017.- 216 səhifə . Kitabda 5000 -dən yuxarı əhalisi olan Neftçala rayonu Aşağı Surra kəndinin bina olunduğu tarixdən bu günə qədər olan dövrü elmi-publisistik dillə araşdırılmışdır. Kitab müəllifi Firdovsi Tağıyev Neftçala rayonu Aşağı Surra kənd tam orta məktəbin tarix müəllimidir. AMEA-nın dissertantı olan F.Tağıyev bir neçə elmi məqalələrlə Azərbaycan tarixinə öz töhfələrini vermiş,bu gün də elmi yaradıcılığını davam etdirməkdədir.Kitaba AMEA-nın müxbir üzvü Professor Vəli Əliyev ön söz yazmışdır. Uğur olsun.