25 yaşlı xanım itkin düşdü

Abeşronda 25 yaşlı qız itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, Rzayeva Rüqayıb Əli qızı dekabrın 9-u saat 21:00 radələrində Xırdalan şəhəri Təzə Bazar deyilən ərazidə "Bizim market"in yaxınlığında yoxa çıxıb. Ailə üzvləri bildiriblər ki, R.Rzayeva ailəlidir, 1 övladı var. Boyu 165-170 sm, saçları qısadır. Əynində yaşıl gödəkçə, boz şalvar və ağ ayaqqabı olub. Sonuncu dəfə onu əlində göy rəngli paketdə görüblər.

Məsələ ilə bağlı polisə müraciət olunub. Onu görənlərdən 077-597-59-70 və 055-268-82-88 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.