AQSİA və ATİB sahibkarları arasında şəbəkələşmə görüşü baş tutub - FOTO

Azərbaycan Qadın Sahibkarlığınin İnkişaf Assosiasiyası (AQSİA) və Azərbaycan Türk İş Adamlari İctimai Birliyinin (ATİB) sahibkarları arasında şəbəkələşmə görüşü keçirilib.

Sabahinfo.az xəbər verir ki, 60 sahibkarın iştirak etdiyi işgüzar görüşdə Azərbaycan Qadın Sahibkarlığınin İnkişaf Assosiasiyasınin İdarə Heyətinin sədri Səkinə Babayeva və Azərbaycan Türk İş Adamları İctimai Birliyinin sədri Mürsəl Rüstəmov sahibkarları salamlayaraq sahibkarlıq əlaqələrinin gücləndirilməsi üçün bu formatda görüslərin vacibliyini vurğulayaraq, daha sıx əməkdaşlıq  addımlarının atılacağını vurğulayıblar.

Daha sonra vergi üzrə ekpert Emin Səttarov vergi və qanunvericilikdə baş vermiş dəyişikliklər barədə sahibkarları maraqlandıran məqamları diqqətə çatdırıb, sahibkarların suallarını cavablandırıb.

Görüşdə BMT-nin Dayanıqlı inkişaf Məqsədlərinin 17-ci bəndinə uyğun olaraq Məqsədlər üçün tərəfdaşlığa əsasən sahibkarlar özlərini və sahibkarlıq subyektlərini təqdim edərək tanıtımlarını ediblər.