Astanada Azərbaycanın COP29-u uğurla keçirəcəyinə əminlik ifadə olunub

Prezident İlham Əliyev: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək”

 Bu il Bakıda keçiriləcək COP29 Azərbaycanın qlobal iqlim dəyişmələrilə bağlı problemlərin həllinə daha bir töhfəsi olacaq. Artıq iqlim dəyişmələri öz mənfi fəsadlarını verməkdədir. İldən-ilə bəşəriyyət bunun acı nəticələrinin şahidi olur. Qlobal istiləşmənin artması, anomaliyaların güclənməsi, gözlənilməz sel və daşqınların olması və s. öncəki cümləmizi tam açıqlayır. Lakin biz görürük ki, aidiyyətı qurumlar bu istiqamətdə tutarlı işlər görmürlər, önləyici tədbirlər keçirmirlər. İqlim dəyişmələrilə bağlı veirlən proqnozlar isə heç də ürək açan deyil. Baxın, qarşımızda görünən belə bir mənzərədə Azərbaycan COP29-da problemlərin həlli yönündə müzakirələr aparılacaq. Bu mötəbər tədbirlə biz dünyanın qarşısına çıxacağıq. Sevindirici haldır ki, artıq müxtəlif ölkələrdə keçirilən beynəlxaq tədbdirlər də Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti vurğulanır.  Belə ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində keçirilən görüşlərdə, xüsusən  “ŞƏT plyus” formatında keçirilmiş sammitin açılış mərasimində COP29-dan da danışılıb. COP29-un dünya səviyyəsində ən mötəbər tədbirlərdən biri olduğu qeyd edilərək Azərbaycanın bu tədbiri uğurla təşkil edəcəyinə əminlik ifadə olunub.

İlk dəfədir “ŞƏT plyus” formatında keçirilən tədbirdə Prezident İlham Əliyev çıxışında COP29-dan da danışıb: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”.

Onu da bildirək ki, Prezident İlham Əliyev Astanda bir sıra ikitərəfli və üçtərəfli görüşlər keçirib. Belə ki, iyulun 3-də Astanada Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin,  Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüşləri olub. Bu görüşlərdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu deyib. Bu əsnada müzakirələr aparılıb. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib. Söhbət zamanı nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyini vurğulayıb. Türk Dövlətləri Təşkilatının da ölkələrimizin gündəliyində prioritet istiqamət olduğu vurğulanıb. Görüşdə COP29-la bağlı ölkələrimizin müxtəlif təşəbbüslərlə çıxış etmələrinə toxunulub. Söhbət zamanı Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətlər qeyd olundu, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti bildirilib və bu xüsusda artıq konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğulayıb. Görüşdə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinə toxunularaq, Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulanıb. Azərbaycan ilə Çin arasında humanitar, mədəni əlaqələr qeyd edildi, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Si Cinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını deyib. Çin Xalq Respublikasının Sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib. COP29 çərçivəsində nümayəndə heyətlərinin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub.

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astanada keçirilən görüşü də mühüm əhəmiyyət kəb edir. Bu görüşə dair Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Bəyanatında bildirilib ki, Üçtərəfli Zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Astandakı çıxışının sonunda ŞƏT-ə üzv dövlətlərin liderlərini COP29-a tədbirinə dəvət edib: “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”.

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi