Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yerli mediadan ünvanlanmış suala dair

Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı yerli mətbuatda məlumatlar dərc olunur. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Mətbuatda dərc olunan həmin məlumatlarla biz də sosial media vasitəsilə tanış olduq. Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcəkdir.