"Azərbaycanın müdafiə ehtiyaclarını qarşılayırıq" - Akar

Türkiyənin bölgə və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesinin inkişaf etdirilməsidir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “SAHA EXPO”- 2022 Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, Türkiyə bu sahədə bir çox ilkə imza atıb.

“Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopterlər, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda öz milli qırıcımız və tankımızı da istehsal edəcəyik. Həmçinin, çox şükür ki, başda Şimali Kipr Türk Respublikası, Azərbaycan və Liviya olmaqla dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik”, - Hulusi Akar vurğulayıb.