Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az "report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Ağakişiyev Rəvan Ziya oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.