Bakıda müəllim vəfat etdi

Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin müəllimi Tərəqqi Məsumə Qurban qızı vəfat edib.

Bu barədə məktəb-lisey özü məlumat yayıb.

Bildirilib ki, o, uzun sürən ürək xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Məsumə Tərəqqi sözügedən təhsil ocağında ingilis dili fənnini tədris edib.