Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın öldü

Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb.

Sabahinfo.az xəbər verir ki, 32 yaşlı N.Q. müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.

TƏBİB-dən bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.