Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilir

Bakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində qırıcı təyyarələrin uçuşu həyata keçirilir.

Sabahinfo.az-ın xəbərinə görə, hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları - “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edir.

Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.