Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı bu il fevralın 24-də qəbul edilən yeni qərar təkcə bundan sonra qoyulan əmanətlərə deyil, indiyədək bankda olan əmanətlərə də şamil ediləcək.Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ölkə banklarına göndərdiyi məktubda deyilir.
Bildirilir ki, 2013-cü il avqustun 1-dən etibarən banklara qoyulan bütün 12 faizədək olan əmanətlər qorunacaq.
Xatırladaq ki, bu il fevralın 24-dən qorunan əmanətlərin faiz dərəcəsi 12 faiz müəyyənləşib. Ötən ilin mayından bu dərəcə 9 faizə endirilmişdi. Əmanətlərin Sığortalanması Fondu indiyədək faiz dərəcəsini dəyişdirəndə qərar əvvəlki tarixə şamil olunmayıb.