"Barselona" kubokda mübarizəni dayandırdı - VİDEO

"Barselona" İspaniya kubokunda 1/4 final oyuna çıxıb.

Sabahinfo.az xəbər verir ki, komanda səfərdə "Atletik" ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılıb. Bu vaxt "Atletik" daha 2 qol vurmağı bacarıb. Matç Kataloniya təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da Xavinin baş məşqçisi olduğu komanda turnirlə vidalaşıb.

"Barselona" yanvarın 14-də İspaniya Superkubokunda "Real"a uduzaraq (1:4) titulu əldən vermişdi. Komandanın ölkə daxilində yalnız La Liqanı qazanmaq şansı qalır.

"Atletik" - "Barselona" - 4:2
Qollar: Q.Quruzeta, 1, O.Sanset, 48, İ.Villiams, 108, N.Villiams, 120 - R.Levandovski, 26, L.Yamal, 32.