"Real"da El-Klassiko öncəsi ŞOK İTKİ

"Real Madrid"in hücumçusu Vinisius Junior Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyununda (1:1, 4:3 - penaltilər) zədələnib.

Sabahinfo.az xəbər verir ki, əlavə vaxtın 22-ci dəqiqəsində braziliyalı budundan tutaraq ot örtüyünə yıxılıb, bundan sonra onu Lukas Vazkes əvəzləyib.

Vinisius aprelin 21-də İspaniya çempionatında "Barselona" ilə qarşıdakı oyunu buraxmaq riski daşıyır.