Dollar ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

SABAHİNFO.AZ-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1,0506-dan 1.0502 AZN-ə düşüb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1252 AZN-dən 1.1267-yə qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda isə əksinə, bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0201-dən 0.0207 manata qədər artıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.