Soçidə helikopter qəzaya uğrayıb: - Ölənlər var

Soçidə helikopterin qəzaya uğradığı ehtimal edilən yerə xilasedicilər cəlb ediliblər. 

sabahinfo.Az xəbər verir ki, bu barədə TASS-a xüsusi xidmətlərdə olan mənbə bildirib.

"Soçinin Adler rayonunda "AC-50” helikopterinin evin damına düşməsi barədə məlumat daxil olub. Helikopterin qəzaya uğradığı ehtimal edilən yerə xilasedicilər cəlb ediliblər”, - mənbə bildirib. 

RİA Novosti-nin yaydığı məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, beş nəfər isə yaralanıb. 

"Soçinin Adler rayonunda "AC-50” helikopterinin evin damına düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Helikopterə az ziyan dəyib, yanğın baş verməyib, yanacaq dağılıb”, - xüsusi xidmətlərin məlumatında deyilir. 

Qəzanın başvermə səbəbi araşdırılır.