Davamlı inkişafa zəmanət

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 27 iyun 2022-ci il tarixində “Ümumdünya Şəhər Forumu”nun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışında infrastruktur dəyişiikləri və Azərbaycanın müasir inkişaf tendensiyasının strateji istiqamətlərini göstərdi. 

2022-ci ildə Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 30 illiyinin tamam olması münasibətilə bu mühüm hadisənin qeyd edilməsi BMT qurumlarının iştirakı ilə işğaldan azad olunmuş mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edilmişdir. Bu prosesin təşkili pandemiya və hərbi münaqişədən sonra respublikamızın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq prinsplərinə istinad edir. Cənab Prezident  beynəlxalq arenada milli maraqları özündə tam əks etdirən və siyasi münasibətlər müstəvisində dialoqu müasir dünyaya verilən ən mühüm mesajdır.

Cənab Prezidentin 2030-cu ilə qədər dayanıqlı urbanizasiya və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə hədəflənmiş və planlanmış gündəliklərin mövcudluğunu vurğulaması respublikasmızın işğaldan azad edilən şəhər və rayonlarında davamlı inkişafa zəmanət verir.

Sadəcə respublikadaxili yox, eyni zamanda regionda sabitliyin və sülhün bərqərar olmasının labüdlüyünü vurğulayan Azərbaycan Respublikası Prezidenti “Ümumdünya Şəhər Forumu”nda Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycanın müharibə səhifəsini çevirərək münasibətləri normallaşdırmaq və tərəflərin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinspi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istədiyini qeyd etməsi çox mühüm addımdır. Bu yolda Cənab Prezidentə, Ali Baş Komandana uğurlar arzulayırıq və onunla fəxr edirik. Biz Sizi dəstəkləyirik cənab Prezident.   


  Odlar Yurdu Universitetinin
“Psixologiya, Pedaqogika və Sosial fənlər” kafedrasının
Müdiri, psixologiya elmləri doktoru, professor   
 Rəşid Cabbarov