Deputat intihar həddinə çatan jurnalisti FİKRİNDƏN DAŞINDIRDI

"“Azərtac”ın əməkdaşı Aygün Əliyeva intihar həddinə çatıb. Mən o xanımla danışıb, dedim ki, onun hüquqlarının bərpa olunmasında yardım edəcəm".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətini pisləyən yazı hazırlayan müxbir Aygün Əliyevanın işinə xitam verilib və məhkəməyə verilib:

"Hansı ki, həmin xanım bu yazını heç öz adı ilə də yazmayıb. Araşdırıb tapıblar ki, yazını Aygün Əliyeva yazıb. Məhkəmə sənədləri göstərirr ki, Aygün Əliyeva dövlət başçısına, dövlətçilik ənənəsinə sadiq jurnalistdir. Lakin məhz Operativ Qərargahın fəaliyyətini tənqid etdiyi üçün işindən azad edilib. Düşünürəm ki, məhkəmə sistemində dəyişikliyə ehtiyac var”./bakivaxti.az