Deputat Müşfiq Məmmədli qəbul keçirib

Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının binasında 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin seçiciləri ilə növbəti qəbul keçirdik.

Qəbula gələn insanlar şəxsi məişət problemləri ilə yanaşı müxtəlif mövzularda məşğulluq, hüquqi yardım, təhsil, kommunal, sağlamlıq ilə bağlı müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər tərəfimizdən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Qeyd edək ki, ərazi üzrə vətəndaş qəbulu mütəmadi olaraq hər ay keçirilir.