DİN: Türkiyəyə gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir 

Türkiyəyə gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.