"Ermənilər tarixə mina basdıran, barbar, faşist millət kimi düşüb"

"Ermənilər 30 il ərzində ancaq dağıtmaq və sökməklə, ekologiyanı məhv etməklə məşğul olublar. Ermənilər mina basdırır, biz isə həmin minaları təmizləyib yerində ağac, gül-çiçək əkirik".
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Ermənilərin ərazilərimizi minalamasından danışan deputat qeyd edib ki, bu yeni bir hadisə deyil: "Onlar tarixə mina basdıran, barbar, faşist millət kimi düşüb. Ermənistan 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətə uğradıqdan sonra Azərbaycan humanistlik nümayiş etdirərək onlara Laçın, Kəlbəcər və Ağdamdan çıxmaq üçün müəyyən vaxt verdi və şərait yaradıldı ki, köçüb getsinlər. Ancaq ermənilər yenə köhnə və vəhşi əməllərinə sadiq qalaraq əraziləri minalayıb meşələri, evləri yandırdılar. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş versə də, hadisələrə qərəzli, ikili standartlarla yanaşma müşahidə edildi".
Deputat Azərbaycanın mədəni irsinin, dini abidələrinin dağıdılması, təhqir olunması ilə bağlı dəfələrlə UNESKO-ya müraciət edildiyini, amma onlardan lazımi reaksiya gəlmədiyini də vurğulayıb. O, Prezident İlham Əliyevin də haqlı olaraq bu təşkilatlara öz iradlarını çatdırdığını bildirib: "Dövlət olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız bərpa-quruculuq işləri ilə həm vəhşi ermənilərə, həm də onlara havadarlıq edənlərə nümunə göstəririk. Ermənilər 30 il ərzində ancaq dağıtmaq və sökməklə, ekologiyanı məhv etməklə məşğul olublar. Azərbaycan tərəfi isə qısa zamanda iki beynəlxalq hava limanı tikib, magistral yollar çəkib, körpülər, tunellər, dəmir yolları inşa edib, bir çox infrastruktur layihələri icra edib. Azərbaycan xalqı dünyaya qurucu, viran edilmiş yerlərə mədəniyyət gətirən millət olduğunu göstərdi. Bunun əksinə ermənilər qəbrləri dağıdan, meyitlərin ağzındakı qızıl dişləri çıxaran goreşən millət kimi özlərini təqdim etdilər. Etiraf edək ki, bu vəhşilikləri dünya birliyi görməzdən gəlməyə çalışır. Ancaq faktlar dəyişməz olaraq qalır".
"Prezident İlham Əliyevin Laçın səfəri zamanı gələcəkdə bölgədə aparılacaq qlobal işlərlə bağlı verdiyi bəyanatlar bütün həqiqətləri çılpaqlığı ilə göz önünə sərir. Ermənilər söküb-dağıdır, biz inşa edirik. Bütün bu hadisələr nəzər yetirdikdə iki millət arasındakı real fərqi görmək çox asandır", - N.Məhəməliyev əlavə edib.