Mərkəzi Bank uçot dərəcəsini 0,25 faiz endirib

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz endirilməsi (7%-dən 6,75%-ə) barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 7,25% səviyyəsində müəyyənləşdirilib:

"Bu qərar pronazlaşdırılan illik infelasiyanın normadan aşağıda olması, valyuta bazarında stabilliyin davam etməsi nəzərə alınmaqla qəbul edilib".