Azərbaycan səfiri Türkiyəni təbrik etdi

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Çanaqqala zəfərinin 111-ci ildönümü münasibətilə qardaş ölkəni təbrik edib.

Sabahinfo.az xəbər verir ki, diplomat bu haqda "X" platformasında paylaşım edib.

"Türk millətinin müstəqillik və vətən uğrunda göstərdiyi bənzərsiz qəhrəmanlıq və fədakarlığın simvolu olan 18 Mart Çanaqqala Zəfərinin 111-ci ildönümündə başda Qazi Mustafa Kamal Atatürk və silah yoldaşları olmaqla bütün şəhidlərimizi hörmət, rəhmət və minnətdarlıqla anırıq.

Azərbaycanlı könüllülərin də canlarını fəda edərək bu dastana ortaq olması, “Bir millət, iki dövlət” qardaşlığının ən mənalı nişanələrindən biridir", - paylaşımda qeyd edilib.