FSB Daria Duqinanın qətlinin üstünü açdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) jurnalist Daria Duqinanın qətlinin üstünü açıb.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

"Müəyyən edilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.

Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi "Ənənəvi" ədəbi-musiqi festivalında olublar. 2022-ci il avqustun 21-də Vovk qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib", - deyə məlumatda qeyd olunub.

İstintaq materiallarının Rusiya Federasiyasının İstintaq Komitəsinə verildiyi bildirilib.