Füzulidə yol qəzası olub, 2 nəfər ölüb

Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabahinfo.az-a bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.