Gəncə Regional Qadın Mərkəzi “Sülh səfirləri” layihəsinin icrasına başlayıb

Gəncə Regional Qadın Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sülh səfirləri” layihəsinin icrasına başlayıb Layihənin məqsədi məcburi köçkün icmalarından seçilmiş “Sülh səfirlərinin” iştirakı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən inteqrasiya və reinteqrasiya imkanlarına töhvə verilməsidir. Layihə çərçivəsində 18-35 yaşlı 25 qadın 5 günlük təlimdə bilik və bacarıqlarını artıracaq, keçmiş məcburi köçkün qadınlar sülh prosesinə daha yaxından cəlb olunacaq və təşəbbüs qrupu şəklində məcburi köçkün icmalarında maarifləndirmə yolu ilə həmvətənlərinin Qayıdış prosesində iştiraklarına dəstək verəcəklər.

Qeyd edək ki, layihə 01.06.2024-30.09.2024-cü ili əhatə edir.