Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxananın fəal oxucusu, “Azərbaycan dünyası” Beynəlxalq jurnalın redaktoru, şair Aytəkin Mehmanqızı kitabxananın kiçikyaşlı oxucularına yeni yazdığı “Sərçə” rəvayətini təqdim etdi. Rəvayətdə sərçənin ağacın budağında böyük sevinclə qurduğu yuvasını kulək dağıdır. Bunu görən sərçə çox pis olur və Allaha usyan edir.
Əsl həqiqətdə isə Ulu Tanrı sərçəni ilandan xilas etmək üçün onun yuvasını dağıdır. Kiçikyaşlı oxuculara örnəkdir bu rəvayət. Rəvayət kitabxananın YouTube kanalında yerləşdirilib: