Gürcüstan parlamentinə yeni sədr seçildi - YENİLƏNİB

Gürcüstan parlamenti yeni spiker vəzifəsinə Şalva Papuaşvilinin seçilməsini təsdiq edib.

"Unikal" xəbər verir ki, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının namizədinin lehinə 88 deputat, əleyhinə bir nəfər səs verib.

Ş.Papuaşvili bu vəzifədə Kaxa Kuçavanı əvəz edəcək.

Qeyd edək ki, Kaxa Kuçava deakabrın 24-də istefa vermişdi.

***

11:34

Gürcüstan parlamentinin bu gün keçiriləcək növbədənkənar iclasında yeni spiker seçiləcək.

"Unikal" xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının fraksiyası sədr postuna Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.

Qeyd edək ki, spikerin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.

Qanunverici orqanın keçmiş sədri Kaxa Kuçava dekabrın 24-də istefa verib. Ş.Papuaşvili X çağırış parlamentinin üçüncü spikeri olacaq. O, 2020-ci ilin oktyabrında deputat seçilib, bu ilin martından Təhsil və elm komitəsinin rəhbəridir.