İsrail Qəzzadan dörd diviziyasından birini çıxarıb

İsrail Müdafiə Qüvvələri Qəzza zolağından dörd diviziyasından birini çıxarıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə İDF bəyanat yayıb.

Bildirilir ki, bu qüvvələr Qəzza zolağından “yenidən hazırlıq və təlim müddəti” üçün çıxarıblar. Hərbçilər Qəzzada üç döyüş diviziyasının, eləcə də xüsusi təyinatlı birləşmələrin qaldığını bildirib.