Krasnoyarsk diyarının qubernatoru  həmvətənimizi mükafatlandırıb

Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss həmvətənimiz, Krasnoyarsk Şəhər Deputatları Sovetinin deputatı, Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudovu yubiley nişanı ilə mükafatlandırıb.
Sabahinfo.az xəbər verir ki, Krasnoyarsk diyarında bu regionun fərqlənmiş sakinlərinə dövlət təltiflərinin təqdim edilməsi mərasimi keçirilib. Təltif olunanlar arasında Krasnoyarsk Şəhər Deputatları Sovetinin deputatı, Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudov da olub. Taleh Mahmudov səmərəli ictimai fəaliyyətinə və çoxillik namuslu əməyinə görə qubernator tərəfindən "Yenisey vilayətinin yaranmasının 200 ili" nişanına layiq görülüb.

 

Fuad