KTMT-nin baş katibi dəyişdirildi

KTMT-nin baş katibi vəzifəsini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov yerinə yetirəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib.

"Stanislav Vasili Zas KTMT-nin baş katibi vəzifəsində üç illik fəaliyyətini başa vurur. Vicdanlı işinə görə ona təşəkkür etmək istəyirəm. 2023-cü ilin əvvəlindən, qarşıdakı 3 ildə KTMT-nin baş katibinin vəzifələrini Qazaxıstan nümayəndəsi İmanqali Nurqali Tasmaqambetov yerinə yetirəcəyindən, hörmətli Kasım-Jomart Tokayevin onu bizə təqdim edəcəyini düşünürəm", - Baş nazir bildirib.