Məşhur müğənni evində ölü tapıldı

Şotlandiyalı müğənni-aktyor Darius Kempbell-Daneş vəfat edib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin meyiti Minnesota ştatının Roçester şəhərindəki mənzilində tapılıb. 41 yaşlı müğənninin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Kempbell-Daneş 2001-ci ildə "Popstars" istedad şousundakı iştirakı ilə şöhrət qazanıb. Bir il sonra müğənni Britaniyanın "Pop İdol" musiqi müsabiqəsinin finalçısı olub.